Avtobusu uçuruma yuvarlandı; azı 5 ölü, 35 yaralı - FOTO + VİDEO

  • 12.07.2020
  • 0

Vyetnamda reys avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 11-də Kontum əyalətində qeydə alınıb. Bu barədə “Tuoi Tre” nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, içərisində 40 nəfərin olduğu avtobus, hərəkətdə olan zaman sürücünün idarəetməsindən çıxaraq təxminən 20 metr hündürlükdən uçuruma yuvarlanıb. Qəza nəticəsində azı 5 nəfər ölüb, daha 35-i isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Ölü sayının artacağı istisna edilmir. Faktla bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?