SON DƏQİQƏ: Tovuz istiqamətində döyüş gedir - İtkilər var

  • 12.07.2020
  • 0

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib. İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfdən itki var. Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək. Gülnar Ələmdarqızı Yeni Media

Nə düşünürsən?