Donald Tramp ilk dəfə qoruyucu maskadan istifadə etdi

  • 12.07.2020
  • 0

ABŞ prezidenti Donald Tramp pandemiya dövründə ilk dəfə ictimaiyyət arasında tibbi maskadan istifadə edib. REAL xəbər verir ki, Ağ Ev rəhbəri Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən “Walter Reed” hospitalına səfər edib. Tramp döyüş zonasında yaralanmış hərbi qulluqçuların qarşısına maska ilə çıxıb. "Düşünürəm ki, maska taxmaq vacibdir. Mən heç vaxt maska taxmağın əleyhinə qarşı olmamışam. Amma hər şeyin öz vaxtı və yeri var", - Tramp jurnalistlərə deyib. Xatırladaq ki, ABŞ rəhbəri bundan əvvəl ictimai tədbirlərdə maskadan istifadə etməyib.

Nə düşünürsən?