Spirtli içki içib sükan arxasına keçməyin sonu

  • 11.07.2020
  • 0

Tatarıstanda furqonun və minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə M-7 Federal avtomagistralının Tukaev rayonundan keçən hissəsində baş verib. Kadrlarda, əks zolaqda hərəkətdə olan furqonun qarşı yola çıxaraq sağa-sola manevrlər edərək irəlilədiyi və qəzanı qeydə alan minik avtomobillə toqquşduğu görülür. Hadisə nəticəsində furqonun 35 yaşlı sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Polisin məlumatına görə, qəzaya səbəb olan sürücü sükan arxasında sərxoş olub.

Namiq Musayev

Nə düşünürsən?