Özünü avtomobilin altına atan 11 yaşlı oğlan ayağını sındırdı

  • 11.07.2020
  • 0

Rusiyanın Sverdlovsk əyalətində azyaşlının özünü hərəkətdə olan avtomobilin altına atma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Asbest şəhərində qeydə alınıb. Kadrlarda, kapşonlu yeniyetmənin piyada üçün müəyyən olunmayan yerdən qaçaraq keçməyə çalışdığı və bu zaman sürətlə hərəkətdə olan minik avtomobilinin onu vurduğu görülür. Yerli KİV-in məlumatına görə, qəza nəticəsində 11 yaşlı oğlan ayağını sındırıb.

Namiq Musayev

Nə düşünürsən?