Daha üç rayona yeni kombaynlar gətirildi

  • 11.07.2020
  • 0

Yeni nəsil kombaynlar dağlıq zonalarda fermerlərin işini asanlaşdıracaq İyulun 9-dan etibarən Siyəzən, Xızı və Qusarın çətin relyefli sahələrində taxıl biçininə başlayıb. Yeni nəsil kombaynlar əsasən biçilməsi çətin olan, dağlıq və dağətəyi zonalardakı sahələr üçün nəzərdə tutulub. “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, kənd təsərrüfatının texnika parkının müasirləşdirilməsi üçün vəsait ayrılıb.“Aqrolizinq” ASC tərəfindən 25 ədəd yeni nəsil kombayn alınıb. Bu kombaynların əsas üstünlüyü biçici başlığının yamacda 38, hündürlükdə isə 32 dərəcə bucaq altında dayanıqlılığa malik olması, eyni zamanda, sağa-sola hidravlik tənzimlənərək biçin edə bilməsidir. Bundan başqa, kombaynın 6 min litr həcmli iri taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu fermerlərin təmiz və bol məhsul yığmasına kömək edəcək.

Nə düşünürsən?