Böyük Şor gölü təmizlənir

  • 11.07.2020
  • 0

Birinci vitse prezident Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi işləri davam etdirilir. Xezerxeber.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası gölün təmizlənməsi işlərini həyata keçirir. Gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Əraziyə toplanmış çirkab maddələr yığılaraq ərazidən kənarlaşdırılır.

Nə düşünürsən?