Bəzi rayonların giriş-çıxışında postlar qurulub

  • 11.07.2020
  • 0

Postlar qurulub, rayon ərazisinə daxil olan vətəndaşlar bir-bir yoxlanır. Xezerxeber.az-ın məlumatına görə, söhbət Siyəzən rayonundan gedir. Rayon ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində çalışır. Rayonun giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. Polis əməkdaşları avtopatrul və piyada şəkildə xidmətlərini davam etdirirlər. Xaçmazda da sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisinə giriş-çıxış məhdudlaşdırılıb. Bu ərazilərdə müvəqqəti stasionar postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. Xüsusi icazəsi olmadan rayon ərazisinə daxil olmaq istəyən digər rayon və şəhərlərin sakinləri saxlanır və sakini olduqları rayon və şəhərlərə yönləndirilirlər.

Nə düşünürsən?