Sumqayıt yolunda yeni geridönmə hissə yaradılıb

  • 11.07.2020
  • 0

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "Xırdalan dairəsi” istiqamətində avtonəqliyyat vasitələrinin geri dönməsini təmin etmək məqsədilə sözügedən avtomagistralın təqribən 8-ci kilometrində yerləşən və dəmir yolu üzərində inşa olunmuş yolötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılıb. Xezerxeber.az-ın məlumatına görə, yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını "Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində "Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.

Nə düşünürsən?