10 iyul: TƏBİB son dəqiqə xəbəri yaydı

  • 10.07.2020
  • 0

Azərbaycanda koronavirusa yoluxmuş xəstələrdən reanimasiyada olanların sayı açıqlanıb. Azerforum.com Pravda.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub. Bildirilib ki, xəstələrdən 343 nəfəri reanimasiyadadır. Süni nəfəs cihazına qoşulanların sayı isə 48 nəfərdir. Qeyd edək ki, bu günədək Azərbaycanda 22 990 nəfər COVID-19-a yoluxub, onlardan 14 093-ü sağalıb, 292 nəfəri isə ölüb.

Nə düşünürsən?