1xbet

Sağalan COVID-19 xəstələrinə arayış necə verilir?

  • 10.07.2020
  • 11 baxış
  • 0

Azərbaycanda koronavirusa yoluxan şəxslərin evdə müalicəsi artıq bir müddətdir davam edir. Xezerxeber.az-ın məlumatına görə, bu şəxslər sağaldıqdan sonra öz normal həyatlarına qayıdır və ictimaiyyət arasına çıxa bilirlər. Ancaq bunun üçün onlara sağlamlıq arayışları verilir. Xəstələr müalicə müddəti dövründə yaşadıqları ünvanda ərazi üzrə poliklinikaların nəzarəti altında olurlar. Elə sağlamlıq haqqında arayışı da onlara müraciət etdikləri poliklinika verir. Xatırladaq ki, simptomsuz və ya yüngül simptomlu şəxslərin evdə müşahidəsi, testlərin götürülməsi və onlara dərman vasitələrinin çatdırılması Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan 39 ərazi tibb məntəqəsinə həvalə edilib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?