Rayonlara gediş-gəlişlə bağlı mühüm açıqlama!

  • 10.07.2020
  • 0

"Bu xəstəliyində inkubasiya dövrü 14 gün olduğu üçün hər hansı bir şəxs özünü tam sağlam hiss edərək rayona getdiyi zaman özü ilə virusu gətirə bilər”. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. "Son zamanlar bizə çox müraciətlər olur. Şəhərdə qalan, evdə uşaqları olan vətəndaşlarımız var. Hansısa bir şərtlər daxilində rayonlara getməyə icazə verilməsini istəyirlər. Bir şeyi qeyd etmək istəyirəm, tarix boyu epidemiyalarla mübarizədə birinci silah karantin olub. Təəssüf ki, hansı xətəliyin peyvəndi yoxdursa, onunla mübarizənin yeganə yolu karantindir. Bu xəstəliyin də inkubasiya dövrü 14 gün olduğu üçün hər hansı bir şəxs özünü tam sağlam hiss edərək rayona getdiyi zaman özü ilə virusu gətirə bilər. Bu məsələlər müzakirə olunur. Gələcəkdə, epidemioloji vəziyyət nəzərə alınaraq yoluna qoyulacaq. Rayonda yaşayan vətəndaşlarımızı da riskə ata bilmərik”. Sfera.az

Nə düşünürsən?