Qoşqusunda avtomobil daşıyan hərbi maşın TIR-la toqquşdu

  • 10.07.2020
  • 0

Polşada ABŞ hərbçilərinə məxsus yük maşınının və TIR-ın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Qərbi-Pomorsk voyevodalığındakı Konotop bölgəsində qeydə alınıb. Bu barədə iyulun 9-da “Polsat” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, Kaliş-Pomorsk və Dravsk-Pomorsk şəhərləri arasını birləşdirən trasda, qoşqusunda hərbi avtomobilin olduğu yük maşını, sürücü tərəfindən yüksək sürətlə idarə olunaraq, yağışlı hava şəraiti səbəbindən idarəetmədən çıxıb və əks zolağa keçərək qarşıdan gələn TIR-la toqquşub. Zərbənin təsirindən TIR yol kənarına düşüb. Qəza nəticəsində 2 hərbçi xəsarət alıb. Yaralılar ambulansların köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların həyati təhlükələrinin olmadığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?