Traktordan çıxan təkər iki avtomobili bu hala saldı

  • 09.07.2020
  • 0

Rusiyanın Belqorod əyalətində traktorun arxa təkərinin yerindən çıxaraq iki avtomobilə çırpılma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Razumnoe qəsəbəsində qeydə alınıb. Kadrlarda, traktorun normal sürətlə hərəkət etdiyi və bir anda arxa sol təkərinin yerindən çıxdığı görülür. Bundan sonra təkər, öncə əks zolaqdan gələn “Hyundai Gets”ə dəyir və zərbənin təsirindən digər zolağa keçərək bu dəfə də qəzanı qeydə alan avtomobilə çırpılır. Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb, ancaq hər iki avtomobil zədələnib.

Nə düşünürsən?