İki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası

  • 09.07.2020
  • 0

Rusiyanın Leninqrad əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə baş verən ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Tosnenesk rayonu ərazisində qeydə alınıb. Kadrlarda, hərəkətdə olan “Ford Focus” markalı minik avtomobili, qəfildən sürücünün idarə etməsindən çıxaraq yolun əks istiqamətinə keçdiyi və qarşıdan gələn “Lada Xray”la toqquşduğu görülür. Qəza nəticəsində 3 nəfər xəsarətlər alıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?