Müğənni Nəfəs karantin qaydalarını pozduğu üçün cərimələnib

  • 09.07.2020
  • 0

Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Binəqədi rayonu Abay Kunanbayev kuçəsi, "Bolluq" bazarının yanında qanunsuz olaraq müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib. APA-nın məlumatına görə, mağaza sahibi, orada olan satıcılar və müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar. Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda olan şəxslər arasında müğənni Nəfəs də olub.