Yoluxma bu yolla daha dəqiq aşkarlanır

  • 09.07.2020
  • 0

Testlərin keyfiyyətsiz olması və bəzən də antitellərin əmələ gəlməməsi səbəbindən koronavirusa yoluxma kompüter tomoqrafiya ilə aşkarlana bilir. Bunu Axar.az-a açıqlamasında professor Adil Qeybulla bəzi şəxslərdə testin neqativ çıxmasına baxmayaraq, kompüter tomoqrafiya zamanı virusa yoluxmanın aşkarlanmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, virusa yoluxmanı aşkarlamaq üçün yalnız bir göstərici kifayət deyil: “Xəstədə test müayinəsi, kompüter tomoqrafiya və ümumi əlamətlər birgə dəyərləndirilməlidir”. A.Qeybulla onu da bildirib ki, kompüter tomoqrafiya insan sağlamlığına o qədər də ziyan deyil: “Kompüter tomoqrafiya rentgen müayinəsidir, hər halda insan sağlamlığına COVİD-19-dan ziyanlı deyil. Bir dəfə kompüter tomoqrafiyadan keçən şəxs 2-3 həftə sonra yenidən ondan istifadə edə bilər”.

Nə düşünürsən?