Qubada maşın piyadanı vuraraq öldürüb

  • 09.07.2020
  • 0

İyulun 7-də Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon sakini Mahir Yadigarov idarə etdiyi 10 ML 918 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə piyada 1956-cı il təvəllüdlü Ağarzayev Şakir Cərulla oğlunu vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?