“BMW” səkidə hamilə qadını və onun ərini vurdu

  • 08.07.2020
  • 0

Rusiyanın Soçi şəhərində minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza iyulun 8-də “Parkovaya” küçəsində qeydə alınıb. Məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən sürücü, idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən yol kəsişməsində manevr edən zaman, sükan idarə etməsini itirib və səkidə irəliləyən 2 nəfəri - hamilə qadını və onun həyat yoldaşını vurub. Daha sonra isə park edilmiş iki maşına çırpılıb. Qəza nəticəsində 2 nəfər yaralı xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Polis hazırda hadisə ilə bağlı araşdırma aparır.

Namiq Musayev

Nə düşünürsən?