“e-Tabib”lə yoluxmanın qarşısını al!

  • 08.07.2020
  • 0

Tətbiqdən istifadə edən "Bakcell” abunəçilərinə hədiyyə "Bakcell” şirkəti COVID-19-la mübarizə tədbirləri çərçivəsində ölkəmizdə həyata keçirilən daha bir təşəbbüsə qoşulub. Belə ki, "Bakcell” abunəçiləri "e-Tabib” mobil tətbiqinin əsas funksionallığından pulsuz istifadə edə bilərlər. Bununla yanaşı, applikasiyada qeydiyyatdan keçən abunəçilərə 100 MB internet trafiki hədiyyə olunur. "e-Tabib” yoluxmanın qarşısını almağa kömək edir. Belə ki, "bluetooth” funksiyası sayəsində istifadəçi son 14 gün ərzində təmasda olduğu digər proqram istifadəçilərində qeydə alınmış yoluxma faktından xəbər tutur və ona COVID-19 testindən keçmək tövsiyə olunur. Azərbaycanda COVID-19 virusuna yoluxma faktları, müalicə olunmuş və evə buraxılmış şəxslər haqqında statistik məlumatlar, tez-tez verilən suallara cavablar və profilaktik tədbirlər haqqında məlumatlar da bu mobil tətbiqdə öz əksini tapıb. Burada, eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargahın və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin məlumat və xəbərləri, profilaktik tədbirlər və xəstəliyin simptomları haqqında faydalı məlumatlar yerləşdirilib. "e-Tabib”i "Android” və "iOS” sistemləri ilə çalışan cihazlar üçün "Google Play” və "Appstore” portallarından yükləmək olar. "Bakcell” bundan sonra da ölkəmizdə COVID-19-a qarşı aparılan mübarizə tədbirlərinə dəstək verməyə davam edəcək. Azərbaycanın ilk mobil operatoru "Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir. 8000-dən çox baza stansiyası vasitəsilə "Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Bu gün "Bakcell” şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93 faizini əhatə edir.

Nə düşünürsən?