Sumqayıtda koronavirus xəstəsi həbs olundu

  • 08.07.2020
  • 0

Sumqayıt şəhərində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb. DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi və Qubadlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı məlum olub ki, aktiv koronavirus xəstəsi şəhərin Kottec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü İbrahim Ramazan oğlu Kərimovdur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb. İbrahim Kərimov polisin nəzarətinə götürülməklə barəsində cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.