Azərbaycanda yoluxma 22 minə çatır

  • 08.07.2020
  • 0

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 355, ötən müddət ərzində isə ümumilikdə 537 230 test aparılıb.