Pandemiyaya qarşı zəruri tədbirlər görülür

  • 08.07.2020
  • 0

Azərbaycanda pandemiyaya qarşı zəruri tədbirlər görülür. Bu tədbirlərdə daha bir addım bu günlərdə yeni istifadəyə verilən modul tipli xəstəxananın açılışı ilə reallaşdı. Bu xəstəxanada 800 xəstənin yerləşdirilməsi nəzərdə tutulur. Bir ay-ayyarım ərzində istifadəyə veriləcək daha bir modul tipli xəstəxana 1300 yerlik olacaq. 10 yeni modul tipli xəstəxananın da hazırlanıb istifadəyə verilməsi plandadır. Xəstəxanaların tez bir zamanda inşa edilməsi göstərir ki, Azərbaycanda vəziyyətə uyğun çevik reaksiya vermək üçün həm siyasi iradə, həm də tələb olunan bütün resurslar mövcuddur. Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onlardan 36-sı son müddət ərzində inşa edilib. "Yeni Klinika"da isə çarpayıların sayının 700-750-yə çatdırılması nəzərdə tutulur. Ehtiyac yaranacağı təqdirdə isə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur. Millət vəkili Rəşad Mahmudov bildirir ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə çox çevik reaksiya verərək ölkəyə süni nəfəs aparatları, müasir laboratoriya avadanlıqları, ECMO cihazları və ən bahalı dərmanları gətirib.

Nə düşünürsən?