Taksi “zebra”da qadını vurub öldürdü

  • 08.07.2020
  • 0

Rusiyanın Altay diyarında taksinin piyada keçidində yaşlı qadını vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Bıysk şəhərində qeydə alınıb. Kadrlarda, 78 yaşlı qadının piyada keçidindən keçməyə çalışdığı və bu zaman hərəkətdə olan taksi kimi fəaliyyət göstərən avtomobilin onu vurduğu görülür. Videoda sürücünün yalnız qadını vurduqdan sonra əyləcə sıxdığı da əks olunub. Zərbənin təsirindən havaya qalxan qadın asfalta çırpılır. Yerli KİV-in məlumatına görə, ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadın daha sonra orada dünyasını dəyişib.

Namiq Musayev

Nə düşünürsən?