TIR sürücüsü şossedə kobud qayda pozuntusu edərək təhlükə yaradıb

  • 08.07.2020
  • 0

TIR sürücüsü şossedə kobud qayda pozuntusu edərək hərəkət iştirakçılarını təhlükə ilə üz-üzə qoyub. YPX.AZ xəbər verir ki, hadisə Salyan şossesində, üzü paytaxt istiqamətində baş verib. Belə ki, şosse ilə hərəkət edən TIR sürücüsü anidən yolun paytaxt istiqamətində olan hərəktə zolağına dönmə əməliyyatı yerinə yetirib. Bu zaman TIR sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrini gözləməyib və anidən onların qarşısına çıxıb. Həmin nəqliyyat vasitəsi isə qəzadan son anda yayınmağı bacarıblar. TIR sürücüsünün yaratdığı təhlükə digər hərəkət iştirakçıları tərəfidən anbaan görüntülənib. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?