"İki aydır görüşmürük"

  • 08.07.2020
  • 0

Xalq artisti Aygün Bayramova "Zaurla Günaydın" proqramında qonaq olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı həyat yoldaşı, xanəndə Fərəməz Gərmrudidən bəhs edib. O bildirib ki, artıq 2 aydan çoxdur həyat yoldaşını görə bilmir: "Fərəməz müəllim fevralda gəldi, tədbirlərimiz var idi, sonra karantin oldu 3 ay burada qaldı. Çətin vəziyyətdə qayıtdı. Avropaya getmək istəyirdi, yollar bağlandı. Bir qaldı Tehrana getsin. İndi də oradan qayıda bilmir. 2 aydan çoxdur görüşmürük, amma danışırıq".

Nə düşünürsən?