Dünya polisi bu azərbaycanlını axtarır

  • 08.07.2020
  • 0

Rusiya hüquq-mühafizə orqanları adam öldürməkdə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib. APA TV-nin xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunub ki, Gürcüstanın Marneuli rayonunda anadan olan, 1988-ci il təvəllüdlü Anar Xudayev qəsdən adam öldürmə və silahlı basqın cinayətlərində təqsirli bilinir. Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.