Sabirabad və Yevlaxda ağır qəzalar - 4 ölü, 2 yaralı var

  • 08.07.2020
  • 0

Minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Qalağayın kəndində baş verib. Qəza zamanı sürücü və bir sərnişin ölüb. Dünyasını dəyişən sərnişin Nigar Məmmədovanın 2 qızı isə ağır xəsarət alıb.Onlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sabirabadda baş verən digər qəzada isə minik avtomobilinin sürücüsü Kamran Nəsirli yolu keçmək istəyən iki piyadanı vurub. Hər iki piyada hadisə yerindəcə keçinib. Yevlaxda da yolu keçən qadını avtomobil vuraraq öldürüb. Hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Yevlaxın Aran qəsəbəsindən keçən hissəsində baş verib. 32 yaşlı Vüsalə Mustafayevanı yük avtomobili vurub. Ağır bədən xəsarətləri alan qadın dünyasını dəyişib. Hər 3 faktla bağlı araşdırmalar aparılır.

Nə düşünürsən?