“Heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik"

  • 07.07.2020
  • 0

Pandemiya dövrünün sosial layihələri “Təxmin edirdik ki, iqtisadiyyatımız tənəzzülə uğrayacaq”. Bunu Prezident İlham Əliyev bir neçə telekanala müsahibəsində bildirib. Dövlət başçısı deyib ki, Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğrayıb və altı ayın yekunları bir neçə gündən sonra məlum olacaq. Prezident bəyan edib ki, seçim qarşısında olanda dövlətin seçimi birmənalı şəkildə insanların sağlamlığıdır. İqtisadiyyat isə ikinci plandadır. Ekspertlər hesab edir ki, iqtisadiyyatdakı geriləmələrə baxmayaraq, Azərbaycanın 2020-ci il üçün nəzərdə tutulan bütün sosial layihələri həyata keçirməkdə davam etməsi böyük nailiyyət və dövlətin sosialyönümlü siyasətinin göstəricisidir. Millət vəkili hesab edir ki, postpandemiya dövründə iqtisadiyyatın bərpası ilə yanaşı, nəzərdə tutulan bütün sosial layihələrin icrası uğurla davam etdiriləcək.

Nə düşünürsən?