İki sərnişin qatarı toqquşdu

  • 07.07.2020
  • 0

Çexiyada iki qatarın iştirakı ilə baş verən qəza nəticəsində azı 3 nəfər ölüb, 30-dan çox insan isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, hadisə Pernink kəndi yaxınlığında qeydə alınıb. Bu barədə “iDnes.cz” portalı məlumat yayıb. Məlumata görə, qəza Karlovıx Var şəhərindən Almaniyanın Yoxanqeorqenştadt şəhərinə hərəkət edən və eyni reysi digər istiqamətə həyata keçirən sərnişin qatarları arasında baş verib. Bildirilir ki, qatarlar toqquşan zaman eyni rels xəttinin üzərində olublar. Qəzadan sonra 20-dən çox insan, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar. Həkimlər bir neçə xəstənin vəziyyətinin ağır olduğundan, ölü sayının artacağını da istisna etməyiblər. Hazırda qəza baş verən ərazidə əməliyyat-xilasetmə işləri başa çatıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?