Saxta nömrə ilə yol polisi postlarından qaçan sürücü tutuldu

  • 07.07.2020
  • 0

İyulun 7-də, saat 08:20 radələrində Gəncə şəhər sakini Əliyev Tural Sadiq oğlu başqa nəqliyyat vasitəsinə təhkim olunmuş dövlət qeydiyyat nişanlarını idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə vuraraq rayon istiqamətinə gedərkən Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən karantin postunda yük avtomobilləri üçün nəzərdə tutulan hərəkət zolağına daxil olmuş və polis əməkdaşının saxlama işarəsinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. Sürücü T.Əliyev növbəti stasionar postda da verilən işarəyə tabe olmayaraq nəqliyyat vasitəsini saxlamamış, 3-cü posta isə avtomobili YPX əməkdaşlarının üzərinə sürərək qaçmağa cəhd göstərərkən məcburi qaydada saxlanılmışdır. Sürücü nömrələri radarlardan yayınmaq məqsədilə dəyişdiyini bildirmiş, tabe olmamağını isə paytaxta giriş-çıxış üçün müvafiq icazəsinin olmaması ilə izah etmişdir. Əliyev Tural Sadiq oğlu törətdiyi hərəkətlərə görə Yevlax Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

Nə düşünürsən?