Torpaq yolla rayona getmək istəyənlər tutuldu

  • 07.07.2020
  • 0

İyul ayının 7-i, saat 13:00 radələrində DİN Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının Bakı-Şamaxı yolunda xidmət aparan əməkdaşları tərəfindən “Mercedes” markalı 10-XS-248 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Qəbələ rayon sakini Ağakişiyev Əziz Gülağa oğlunun xüsusi icazələri olmayan 3 nəfər sərnişinlə Bakı şəhəri istiqamətinə, “Mercedes” markalı 90-VS-390 dövlət qeydiyyat nişanlı digər avtomobilin sürücüsü, Ağdaş rayon sakini Hüseynov Nicat Xaləddin oğlunun isə paytaxtdan 1 nəfər sərnişini Bakı-Şamaxı yolunun 31-ci km-də yerləşən xüsusi karantin postundan yayınaraq gizli şəkildə torpaq yollarla rayona aparmaq cəhdlərinin qarşısı alınıb. Saxlanılan hər 2 sürücü və 4 sərnişin barədə sənədləşmə aparılaraq müvafiq qərar qəbul edilməsi üçün materiallar məhkəmə orqanlarına göndərilib. Artıq məhkəmə hər 2 sürücüyə 15 gün inzibati həbs cəzası verib.

Nə düşünürsən?