Dirəyə və 3 maşına çırpılan “Toyota” iki hissəyə bölündü

  • 07.07.2020
  • 0

Rusiyanın Kemerov əyalətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə “Yermakova” prospektində qeydə alınıb. Məlumata görə, 20 yaşlı sürücü idarə etdiyi “Toyota Mark II” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi yüksək sürətlə öncə bordürə, daha sonra işıqlandırma dirəyinə, ən sonda isə park edilmiş 3 avtomobilə çırpılıb. Zərbənin təsirindən “Toyota” iki hissəyə bölünüb. Qəza nəticəsində avtomobilin 22 yaşlı qadın sərnişini aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?