“Sağ qalsam, bundan sonra bir nəfər azərbaycanlıya, özünü azərbaycanlı sayana pulsuz xidmət etməyəcəm”. Azərbaycanda koronaviruslu xəstələrə qulluq edən və sonradan özü də virusa yoluxan həkim-anestezioloq Araz Namzatoviç Ağayev Facebook profilində belə yazıb. Görəsən, həkimin bu qədər hiddətlənməsinə nə səbəb olub? KONKRET.az Sağlam TV-yə istinadən xəbər verir ki, özünün Facebook statusunda həkim bunları yazıb: “Çox hörmətli dostlar! Özümü qoruya bilmədim. Maləsəf, mən də yoluxdum (Diaqnoz: ikitərəfli ağciyər pnevmoniyası; sol 50% zədələnib). Təngnəfəslik, boğulma, öskürək, qızdırma yorur. Müalicə başlanıb.