Dəhşətli hadisə: Ölən və yaralılar var

  • 07.07.2020
  • 0

Sabirabad rayonunun Qalağayın kəndi ərazisində ağır yol qəzası baş verib. APA TV xəbər verir ki, “Prado” markalı minik avtomobili “Shacman” markalı yük maşını ilə toqquşub. Qəza zamanı avtomobildə olan sərnişinlər Sabirabad sakinləri, 10 yaşlı Zəhra Vüsal qızı Məmmədova və 18 yaşlı Vüsalə Vüsal qızı Məmmədova müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Vüsalə Məmmədova daxili qanaxma ilə əməliyyata götürülüb. Onların anası Sabirabad sakini, 1981-ci il təvəllüdlü Nigar İxlas qızı Məmmədova və sürücü Sabirabad sakini, 1979-cu il təvəllüdlü Azər Şakir oğlu Hüseynov hadisə yerində ölüb. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Nə düşünürsən?