Ürək üçün ən faydalı vitamin - İtalyan alimlər açıqladı

  • 06.07.2020
  • 0

Ürək xəstəlikləri riskini aradan qaldırmaq və vaxtında qarşısını almaq üçün orqanizmdə D vitamini səviyyəsini bilmək lazımdır. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, italiyalı alimlərin 2007-2013-cü illərdə apardığı klinik sınaqların yarısından çoxunda D vitamini çatışmazlığı ilə hipertoniyanın inkişaf riskinin artması arasında əlaqənin olduğu üzə çıxıb. Kardioloqlar bildirib ki, D vitamini çatışmazlığı ürək-damar xəstəlikləri üçün əlavə qeyri-klassik risk faktoru hesab olunur, eyni zamanda hipertoniyanın qarşısının alınması və müalicəsində vahid yanaşmanın tərkib hissələrindən biri ola bilər.

Nə düşünürsən?