Dilarə Əliyeva anasından danışıb ağladı

  • 06.07.2020
  • 0

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. BiG.AZ xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib: "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana" mahnısı səsləndi. Özümüzdən asılı olmadan hamımız anamıza zəng etdik. Yaxşı ki, anam var, onu danışdıra bilirəm, nəvazişini üzərimdə hiss edirəm. Hər zaman ifanı eşidib, duyğulanmışam. Sonra eşitdim ki, siz 15 yaşında ananızı itirmisiniz".

Nə düşünürsən?