Dəhşətli qəza: Sürücünün qolu qopdu

  • 06.07.2020
  • 0

Saatlıda qatar avtomobili vurub, bir nəfər ağır xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Qarayev kəndi ərazisində, Şirvan-İmişli dəmir yolu xəttinin 28-ci kilometrliyində baş verib. Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Məhərrəmov idarə etdiyi “ATECO” markalı 90 RM 314 dövlət nömrə nişanlı yük avtomobili ilə qorunmayan dəmir yolu xəttini keçərkən qatarla toqquşub. Nəticədə avtomobilin sürücüsü ağır xəsarətlər alıb. Yaralı sürücü sol qolunun dibdən travmatik amputasiyası ilə təcili yardım avtomobili ilə Şirvan Şəhər Xəstəxanasının cərrahiyə şöbəsində yerləşdirilib və əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.