İstanbul Yeni Hava Limanında koronavirus test mərkəzi qurulub

  • 06.07.2020
  • 0

İstanbul hava limanında xaricdən gələn və gedən sərnişinlər üçün koronavirus testlərinin aparılması üçün nəzərdə tutulan test mərkəzi qurulub. Turizmplus.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, beləliklə sərnişinlərdən götürülmüş nümunələr terminaldakı laboratoriyalarda müayinə ediləcək və nəticələr iki saat ərzində sərnişinə bildiriləcək. Qeyd edək ki, mərkəz beynəlxalq terminalın iki fərqli nöqtəsində ümumi sahəsi 5 min kvadratmetr olan sahədə yerləşir.

Nə düşünürsən?