İntihara cəhd etdi: "Gilan Holding"in vəzifəli şəxsindən şikayət

  • 06.07.2020
  • 0

ANA SƏHİFƏHAQQIMIZADAKALKULYATORƏLAQƏ Facebook Instagram Youtube Axtar... LAYİHƏLƏRİMİZ Ana səhifəYol PolisiGündəmCəmiyyətAvtoreydAvtoxəbərHadisəKriminalAvtotestQarabağXarici xəbərlərMaraqlıYPX TV İntihara cəhd edən şəxs "Gilan Holding"in vəzifəli şəxsindən şikayətçidir - VİDEO Hadisə / ManşetBu gün, 11:46102 dəfə oxunub İntihara cəhd edən şəxs "Gilan Holding"in vəzifəli şəxsindən şikayətçidir - VİDEO İki gün öncə saat 22:40 radələrində Bakının Yasamal rayonunda yerləşən "Mirvari Park" yaşayış kompleksinin Emin adlı sakini 17-ci mərtəbənin eyvanına çıxaraq özünü atacağını deyib. Hadisə haqqında məlumatları YPX.AZ-ın hadisə yerində olan xüsusi müxbiri əldə edib. Belə ki, Şəfayət Mehdiyev küçəsində yerləşən yaşayış kompleksinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri də cəlb edilib. Bina sakini Eminin dediyinə görə, onu buna vadar edən avtomobili saxlamaq üçün binada olan dayanacaq yerlərindən istifadə etməsinə icazə verilməməsidir. O bildirib ki, sakinlər əvvəl dayanacaq yerlərindən istifadə edirdilərsə indi onlara: "avtomobil dayanacaqlarını alın", - deyə onlara şərt qoyulub. Əks halda avtomobillər dayanacağa buraxılmayıb. İntihara cəhd edən Emin adlı şəxs sakinlərə qarajdan istifadə etməyə "Gilan Holding"in tərkibində fəaliyyat göstərən yaşayış kompleksinin menecment direktoru Məcid Məmmədlinin icazə vermədiyini bildirib. Bir ayağı hazırda gipsdə olan Emin adlı sakin isə buna etiraz etmək üçün intihara cəhd edib. Sonda isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları intihara cəhd edən şəxslə danışıqlar apararaq onu fikrindən daşındıra biliblər. Emin isə artıq ona dayanacaqdan istifadə etməyə icazə verildiyini müxbirimizə bildirib. Bu haldan digər sakinlər də narazıdırlar. "Mirvari Park" yaşayış kompleksinin sakinlərindən birinin şikayətlərini sizlərə təqdim edirik:

Nə düşünürsən?