Türk ordusundan zərbə: kritik bölgə azad edildi

  • 06.07.2020
  • 0

Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qaplan” əməliyyatı çərçivəsində PKK-ya daha bir zərbə vurub. Axar.az xəbər verir ki, əməliyyatlar çərçivəsində PKK-nın “xüsusi təyinatlılarının düşərgəsi” sayılan Mervanis bölgəsi terrorçulardan təmizlənib. Məlumata görə, Mervanis PKK-nın ən kritik bölgəsi sayılır. Türk PUA-ları və “Atak” hücum helikopterləri tərəfindən düşərgənin atəşə tutulmasından sonra terrorçular ərazidən uzaqlaşıb. Bundan başqa, 700 komando da bölgəyə göndərilib.

Nə düşünürsən?