Jurnalistlərə “işverən” deyən gənc saxlanıldı - GÖRÜNTÜLƏRİ

  • 06.07.2020
  • 0

Bu gün "Fairmont Baku" otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri və videosunu paylaşanıarı ittiham etmişdi. O həmin şəxsləri "işverən" adlandırmışdı: "Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və "Fairmont" da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq", deyə o bildirib”. YPX.AZ xəbər verir ki, həmin şəxsin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb. O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir. Onun barəsində qanunvericiliyə uyğun şəkildə tədbir görüləcək.

Nə düşünürsən?