Bəs qanunları "çeynəyən" məşhurları cəza gözləmir?

  • 05.07.2020
  • 0

Məlum olduğu kimi bu gün sözügedən oteldə dincələn vətəndaşların görüntüləri yayıldı və bu sosial şəbəkələrdə böyük ajiotaja səbəb olub.

Çox keçmədi ki, polis əməkdaşları həmin əraziyə cəln edildi və qanunu pozanlar saxlanılaraq idarəyə aparıldı. Onların barəsində müvafiq qaydada tədbir görüldü.

Bəs həmin otelə bir neçə gün əvvəl gedən şəxslər?

Onların arasında tanınmış jurnalist də var. Jurnalistin vəzifəsi baş verən hadisələri işıqlandırmaq və bir sözlə, cəmiyyəti doğru olan yola çağırmaqdır. Ancaq elə media nümayəndələri də var ki, dedikləri başqa, əməlləri isə tamam fərqli olur. Belə jurnalistlərdən biri də "Baku TV"nin gənc xanım əməkdaşıdır. Mələk Heydərova adlı aparıcı da bu günlərdə "Fairmont Baku" otelində dincələnlər sırasında olub. Gənc aparıcı bu barədə "instagram" hesabında oteldə günəş şüaları qəbul edərkən çəkilən fotolarını paylaşıb.

Halbuki Mələk xanım efirlərdə çıxışı zamanı insanları karantin qaydalarına ciddi əməl etməyə və qanunları pozmamağa çağırırdı. Ancaq o, sərt karantin rejimi dövründə bir qrup insanla qanunları "tapdaladı". Bundan əlavə məşhur aparıcı Elçin Əlibəylinin xanımı Dilrubə Vaqifzadə də qanunu pozanlar arasındadır. Dilrubə xanım da sərt karantin rejimi dövründə həmin otelə üz tutub.

Yaranan əsas sual isə budur: Bəs həmin şəxslər də cəzalanacaqmı? "Fairmont Baku" otelini buna görə hər hansı cərimə gözləyirmi?

Nə düşünürsən?