Binanın qarşısında 4 avtomobil yandı

  • 05.07.2020
  • 0

Yerli sakinlər, binanın qarşısında yerləşən avtodayanacaqda baş verən yanğın hadisəsinin görüntülərini mobil telefon vasitəsi ilə çəkiblər. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 5-də gecə saatlarında Rusiyanın Sankt-Peterburq şəhərinin “Kondratev” prospektində qeydə alınıb. Məlumata görə, hələlik naməlum səbəblərdən “Mercedes” markalı avtomobildə yanğın baş verib və alovlar daha sonra böyüyərək digər 3 nəqliyyat vasitəsində keçib. Alovlar, yanğınsöndürənlər tərəfindən söndürülsə də, 4 avtomobil yanaraq yararsız vəziyyətə düşüb. Bildirilir ki, insident zamanı xəsarət alan olmayıb.

Namiq Musayev

Nə düşünürsən?