Magistral yolda idarəetməni itirən sürücü yük maşınını aşırdı

  • 05.07.2020
  • 0

Magistral yolda idarəetməni itirən sürücü yük maşınını aşırıb. YPX.AZ xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan yolunun Atbulaq kəndi ərazisindən keçən hissəsində, üzü paytaxt istiqamətində qeydə alınıb. Belə ki, şahidlərin bildirdiyinə görə, 30 AC 360 dövlət qeydiyyat nişanlı yük maşını sürücüsü təkərinin partlaması səbəbindən idarəetməni itirərək əvvəlcə iki əks istiqamətli yolu bir-birindən ayıran dəmir maneələrə çırpılıb, daha sonra isə əks yola keçərək aşıb. Qəza nəticəsində yük maşınının yük yerində olan torpaq yola dağılıb. Yük maşınına və yol infostrukturuna ziyan dəyib. Hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb edilsə də, yük maşınını yoldan çıxarmaq üçün lazım olan xüsusi texniki vasitə saatlarla qəza yerinə gəlməyib və yük maşını qaranlıq yolda qalaraq hərəkət iştirakçılarına təhlükə yaradıb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?