Yol polisinin motosikletlini döyməsi barədə RƏSMİ AÇIQLAMA

  • 05.07.2020
  • 0

Sosial şəbəkələrdə yol polisi əməkdaşları ilə motosiklet sürücüsünün görüntüləri yayılıb. Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov YPX.AZ-a açıqlama verib. Polkovnik Vaqif Əsədov açıqlamasında bildirib ki: "Yayılmış görüntülərlə bağlı dərhal araşdırma aparıb. Məlum olub ki, iyun ayının 3-ü günorta saatlarında motosiklet sürücüsü polisin "saxla" əmrinə tabe olmayıb. Saxlanılan zaman idarə etdiyi motosikletin dövlət qeydiyyat nişanı olmayan şəxsin sürücülük vəsiqəsinin də olmadığı aydın olub. Sürücü yol polislərinə müqavimət göstərib və sonda yol polisləri onu saxlamağa müvəffəq olublar. Barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü 20 gün müddətində inzibati qaydada həbs olunub."

Nə düşünürsən?