Anbardan gənc oğlanın meyiti tapıldı

  • 05.07.2020
  • 0

Şəmkirdə 17 yaşlı gənc su anbarında batıb. APA TV-nın yerli bürosnun məlumatına görə, hadisə rayonun Yuxarı Seyfəli kəndi ərazisində, Şəmkirçay su anbarında qeydə alınıb. Belə ki, kənd sakini 17 yaşlı Tofiq Müsəllim oğlu Süleymanov xalası oğlu ilə su anbarında balıq tutumağa gedib. Onlar balıq tutan zaman Tofiq Süleymanov anidən batıb. Bu zaman Tofiqi xilas etmək istəyən xalası oğlu da suda batıb. Onu yaxınlıqdakı insanlar xilas edib, lakin Tofiqin həyatını qurtarmaq mümkün olmayıb. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Uzun sürən axtarışlarından sonra gəncin meyiti tapılaraq su anbarından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki 17 yaşlı gəncin atası da bir neçə il bundan qabaq çayda bataraq dünyasını dəyişib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.