Avtomobil “zebra”da qucağında körpə olan qadını vurdu

  • 04.07.2020
  • 0

Ukraynanın Kiyev əyalətində sürücünün avtomobillə uşaqlı qadını vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Vişnevoe şəhərində qeydə alınıb. Kadrlarda, sürücü idarə etdiyi avtomobillə döngədən dönərkən diqqətsizlik edərək piyada keçidindən keçməyə çalışan qucağında körpə olan qadını vurur. Zərbənin təsirindən qadın və körpə asfalta yıxılırlar. Onların köməyinə ilk öncə ətrafdakı sakinlər qaçıblar, daha sonra isə təcili tibbi yardım gəlir. Onları həyatı üçün təhlükənin olmadığı bildirilib.

Namiq Musayev

Nə düşünürsən?