Motosiklet sürücüsü və yol polisi

  • 04.07.2020
  • 0

Sosial şəbəkələrdə yol polisi əməkdaşları ilə motosiklet sürücüsünün görüntüləri yayılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yayılmış görüntülərlə bağlı dərhal araşdırma aparıb. "Məlum oldu ki, dünən günorta saatlarında motosiklet sürücüsü polisinin saxla əmrinə tabe olmayıb. Saxlanılan zaman məlum olub ki, sürücülük vəsiqəsi olmayan şəxsin motosikletinin dövlət nömrə nişanı da yoxdur. Sürücü yol polislərinə müqavimət göstərib və sonda yol polisləri onu saxlamağa müvəffəq olublar. Barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü 20 gün müddətində inzibati qaydada həbs olunub."

Nə düşünürsən?