Gəncədə gücləndirilmiş dezinfeksiya işləri

  • 04.07.2020
  • 0

Şəhərin küçə və prospektləri, yaşayış massivləri dezinfeksiya edilib Gəncədə növbəti gücləndilmiş və genişmiqyaslı dezinfeksiya işləri aparılıb. İşlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar. Səhər saatlarından başlayaraq şəhərin əsas küçə, prospekt və yolları su çiləyici avtomobillərin köməyi ilə xüsusi dezinfeksiyaedici məhlullarla yuyulublar. Dezinfeksiya işləri Gəncənin qəsəbə və yaşayış massivlərini də əhatə edib. Park və meydanlarda, yaşayış məhəllələrində, çoxmənzilli binalar və digər ərazilərdə görülən tibbi-profilaktiki işlər gün boyu davam edəcək. İstifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq, şəhər sakinlərinə ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaları barədə bir gün əvvədən yerli KİV-lər vasitəsi ilə xəbərdarlıq edilib.

Nə düşünürsən?